İslam suallarda

Möhürün üzərinə təyəmmüm etmək olarmı?

Oxucu sual verir

İslam şəriətinə görə su tapılmadığı, eləcə də, dəstəmaz və qüsl suyunun bədənə ziyan verdiyi hallarda namaz qılmaq üçün təyəmmüm etməyə icazə verilir. İnsanın üzrü aradan qalxana kimi təyəmmüm qüvvədə qalır və namazları təyəmmümlə qılmaq olar. Üzürlü hal sona çatandan sonra (yəni su tapılandan və ya bədən üçün suyun zərəri aradan qalxdıqdan sonra) təyəmmümlə namaz qılmaq düzgün deyil. Təyəmmüm zamanı əlin hər iki ovcu eyni zamanda torpağın, qumun və ya daş-kəsəyin üzərinə vurulmalıdır. Amma əlin hər iki ovcunu əhatə edəcək ölçüdə möhür demək olar ki yoxdur. İkincisi, daş-kəsək üzərinə təyəmmüm etməyə o zaman icazə verilir ki, onun üzərində bir qədər toz-torpaq olsun və insanın ovcu bu torpağa bulaşsın. Möhürün üzərində isə buna bəs edəcək miqdarda toz-torpaq olmur. Ona görə də möhürün üzərinə təyəmmüm etmək düzgün deyil, bu cür təyəmmümlə namaz qılmaq da qəbul olmaz.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button