İndoneziyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Böyük Britaniyanın Cakartadakı səfirliyi inzibatı binası üzərində LGBT bayrağı qaldırıb.
“Bu çox düşünülməmiş aksiyadır və İndoneziya cəmiyyətində polemikaya səbəb olur”, – İndoneziya XİN sözçüsü Teuku Faizşah bəyan edib.
XİN xarici nümayəndəliklərə İndoneziyanın mədəni dəyərlərinə, dininə və inanclarına hörmətlə yanaşmağın zəruriliyini xatırladıb.
Buna cavab olaraq Böyük Britaniya səfirliyi də əks-bəyanatla çıxış edir. Sənəddə ən diqqətçəkən məqam isə atılan addımdan heç bir peşmançılıq hissi olmamasıdır: “Bəzən düzgün hesab etdiyimizə qarşı çıxmalıyıq, hətta dostlar arasında fikir ayrılığı bunu namünasib etsə. Böyük Britaniya LGBT-nin hüquqlarını qorumaqda davam edəcək və onları qoruyanlara da dəstək göstərəcək. Biz hər bir diskriminasiyadan azad bir dünyada yaşamaq istəyirik”.
