Şəriətimizə görə, müsəlman şəxsin sağlığında şəxsiyyəti ehtirama layiq olduğu kimi, öldükdən sonra cənazəsi və qəbri də ehtirama layiqdir. Müsəlmanın cənazəsini təhqir etmək, aşağılamaq, təhqir sayılan davranışa məruz qoymaq günahdır. Bir şəxsin məzarını ciddi səbəb olmadan açmaq da ölüyə hörmətsizlik sayıldığı üçün dinimizdə icazəli deyil. Yalnız şəriətdə nəzərdə tutulmuş zəruri hallarda məzarı açmağa icazə verilir. Dünyasını dəyişmiş şəxsi dəfn etmək üçün yer tapılmazsa, dəfn üçün yer əldə etmək böyük çətinlik törədərsə, yaxud hər hansı başqa ciddi səbəb olarsa, bu halda çoxdan dünyasını dəyişmiş şəxsin qəbrini açmaq və ikinci cənazəni həmin qəbirdə dəfn etmək olar. Amma zəruri şərt budur ki, qəbirdə əvvəlki cənazənin heç bir izi qalmasın. Yəni birinci cənazənin dəfnindən o qədər çox vaxt keçməlidir ki, cənazə tamamilə torpağa qarışıb itsin, nə əti, nə də sümüyü qalsın. Əgər birinci cənazənin tam itməsinə yəqinlik yoxdursa, qəbri açmaq günahdır. Bunun üçün konkret vaxt təyin etmək mümkün deyil. Coğrafi şəraitdən, geoloji quruluşdan asılı olaraq hər məkanda bu müddət fərqli ola bilər.
Əlaqəli məqalələr
Peyğəmbər və imamlar günahsız (məsum) olduqları halda, niyə tövbə edir, günahlarının bağışlanmasını istəyirdilər?
11 saat əvvəl
İbadət əməllərinin yarısını bir məzhəbə, yarısını başqa məzhəbə uyğun icra etmək olarmı?
1 gün əvvəl
Şərhlər
Oxşar yazılar
Close