İslam suallarda

Bəzi kitablarda adı çəkilən nasnas tayfası kimlərdən ibarət olub?

Oxucu sual verir

Bu barədə əsasən peyğəmbərlər tarixi və təfsir kitablarında məlumata rast gəlirik. Qurani-Kərimdə buyurulur ki, Allah-Taala yer üzündə ilk insan olan Həzrət Adəmi (ə) yaratmazdan əvvəl bunu mələklərə xəbər vermiş, mələklər isə cavabında belə söyləmişdilər: “Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” Burada belə bir sual meydana gəlir: Əgər Adəmdən (ə) əvvəl yer üzündə fəsad törədən başqa məxluqlar yaşamamışlarsa, mələklər hansı əsasla Allaha bu sözləri söyləmişdilər? Bəzi təfsirçilər bu sualın cavabında yazmışlar ki, səbəb mələklərin yer üzündə bundan əvvəl yaşamış bir qövmü görmələridir. İnsanlardan əvvəl Allah-Taala nasnas adlı məxluqlar yaratmış, onlar Allaha asi olub, yer üzündə qan tökmüş, fəsad çıxarmışdılar. Allah da onları məhv edib, yerində Həzrət Adəmi (ə) xəlq etdi. Bəziləri daha da irəli gedərək deyirlər ki, həmin nasnas tayfası – qalıqları tapılan qədim insanlar imiş. Qeyd edək ki, yuxarıdakı suala təfsirlərdə fərqli cavablar da verilmişdir; nasnas tayfası barədə yazılanlar bir qrup alimin fikridir və hamı tərəfindən dəstəklənmir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button