İslam suallarda

Mübarək Ramazan ayında Qədr gecəsinin dəqiq vaxtı niyə məlum deyil?

Oxucu sual verir

Dini kitablarda mübarək Ramazan ayındakı Qədr gecəsinin neçənci gecə olması barədə konkret yekdil rəy yoxdur. Bəzi hədislərdə Ramazanın son on gecəsindən birinin, bəzi hədislərə görə son 10 gecənin içindəki tək saylı gecələrdən birinin, bəzi hədislərə görə 19-cu, 21-ci və ya 23-cü gecələrdən birinin, bəzi hədislərə görə isə 27-ci gecənin Qədr gecəsi olduğu buyurulur. Bu fərqliliyin dəqiq səbəbi yalnız Allaha məlumdur, amma biz müəyyən işarətlərə əsasən bunun səbəbinin nə olduğunu ehtimal edə bilərik. Məsumlardan rəvayət edilmiş bəzi hədislərdə deyilir ki, Qədr gecəsinin dəqiq bildirilməməsinin səbəbi bu ola bilər: mümkündür Allah istəyir ki, bəndələri Qədr gecəsinin savabını qazanmaq ümidi ilə daha çox gecə oyaq qalıb dua və ibadətlə məşğul olsunlar və daha çox savab qazansınlar. Allah-Taala Öz bəndələrinə çox mərhəmətli olduğu üçün onların savabının çox olması məqsədi ilə, onları mübarək ayın ibadətlərinə təşviq etmək niyyəti ilə Qədr gecəsinin konkret hansı gecəyə düşdüyünü gizli saxlayıb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button