İslam suallarda

İynə vurdurmazdan əvvəl dəriyə sürtülən spirt murdardır? Ətir və ya gelin tərkibində spirt varsa, ondan istifadə etmək olarmı?

Şəriətimizə görə, alkoqolu içmək böyük günahdır. Hətta alkoqol bədənin hansı yerinə dəysə su ilə yuyub pak etmək lazımdır. Paltar alkoqola bulaşarsa, həmin paltarda namaz qılmaq olmaz. Alkoqolun bir damcısı da murdardır, insanı sərxoş etməyəcək qədər az içilməsi də günahdır. Lakin bu deyilən qadağanlar içməyə yararlı olan və insanı sərxoş edən tərkibə malik spirtlərə aiddir. Tibbi spirt içki üçün nəzərdə tutulmayıb, onu tibbi məqsədlər üçün istifadə etməyin maneçiliyi yoxdur. Tibbi spirt bədənə dəydikdən sonra yuyub pak etməyə də ehtiyac yoxdur. Amma kompres və ya iynə vurdurmaq üçün araqdan istifadə edilsə, mütləq həmin hissə yuyulub pak edilməlidir (ümumiyyətlə, kompres və bu kimi tibbi məqsədlər üçün araqdan istifadə etmək bəyənilmir). Ətir və digər kosmetik vasitələrin tərkibində spirt varsa, onlardan istifadə etmək qadağan deyil. Çünki bunların daxilindəki spirtin tərkibi alkoqolla eyni deyil, içmək üçün nəzərdə tutulmayıb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button