İslam suallarda

Namazda qünut tutmaq unudulsa, nə etmək lazımdır?

Oxucu sual verir

Namazın bəzi əməlləri vacib, bəziləri isə müstəhəbdir. Yəni bəzi namaz əməllərini mütləq yerinə yetirmək lazımdır, yerinə yetirilməsə namaz nöqsanlı olar. Bəzi əməlləri isə yerinə yetirmək bəyənilir, amma vacib deyil, namaz qılan onları etməsə namazında heç bir problem olmaz. Qünut namazın müstəhəb əməllərindəndir, onu yerinə yetirməyin çoxlu savabı var. (Qeyd edək ki, qünut namazın yeganə əməlidir ki, onun sözlərini ərəbcə demək vacib deyil, insan öz ana dilində də qünutun duasını oxuya bilər). Əgər insan qünut tumağı unudubsa, bunu rüku halında və ya rükudan qalxanda xatırlasa, qəza edib səcdəyə gedə bilər. Əgər səcdə halında və daha sonra xatırlasa, namazı bitirəndən sonra qəza etməsi yaxşıdır. Bütün bu hallarda qünutu qəza etmək vacib deyil, müstəhəbdir; qünutu qəza etməsə də, namaz düzgün sayılır. Əgər qünutu qəsdən tutmasa, heç bir qəzası yoxdur və qıldığı namaz düzgündür.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button