İslam suallarda
Qüsl alan zaman əli bədənə sürtməmək, sadəcə duşun altında dayanmaq olarmı?
Qüsldə vacib olan budur ki, əvvəlcə baş və boyun, sonra bədənin bütünlükdə sağ tərəfi, daha sonra isə bədənin bütünlükdə sol tərəfi su ilə islansın. Qüsl alan zaman göstərilən ardıcıllıqla bədənin hər yeri, saçlar, barmaqların arası və s. su ilə tam islanmalıdır, bədənin çöl hissəsində bir zərrə də islanmamış yer qalmamılıdır. Suyun bədənə tam yetişməsi, çətin islanan yerlərin isladılması üçün əli bədənə sürtmək məsləhətdir. Amma bunu etmək vacib deyil. Əgər insan əli ilə suyu bədənə çatdırmasa da, bədənin tam islandığına əmindirsə, sadəcə duşun altında durub bədəni hərəkət etdirməklə qüsl ala bilər.