İslam dünyasıXəbərlər
Misirdə şok: insanlara aldadaraq it, eşşək və donuz əti satıblar!
Qahirə universitetinin kənd təsərrüfatı fakültəsinin apardığı tədqiqatların nəticələri misirlilərə əsl şok yaşadıb.
İSLAM.AZ-ın verdiyi xəbərə görə, bəlli olub ki, ölkə vətəndaşlarının son bir ilə ərzində istifadə etdiyi bəzi dondurulmuş ət məhsullarının (hamburqer, şaurma, hot-doq və səhər yeməyi üçün ət) tərkibində it, eşşək və donuz ətindən qatqılar da var.
Tədqiqatlar 2021-ci ilin fevral-dekabr arasında istehlak bazarında aşkarlanan fırıldaqçılıqları əhatə edir. Fakültədən bildiriblər ki, ət nümunələri ölkənin müxtəlif yerlərindən əldə edilib.