İslam əxlaqı

Mərhum Hacı Axundun həkimin zarafatına görə nəsihəti

“Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın”. (“Hucurat” 11).

Qədimi həkimlərdən biri nəql edir: “Yay fəsli idi və xəstələr mənim xəstəxanama gəlirdilər. Mən də onları müayinə edir və yeni dərmanlar yazırdım. Bu xəstələrdən biri qadın idi və ondan əvvəl yazdığım resepti istədim. Qadın mənə dedi: “Onu qaynadıb yemişəm”. Dedim: “Kağızı qaynadıb yemisən?”. Dedi: “Bəli”. Dedim: “Heyif olsun o çörəyə ki, ərin sənə verir”. Orada olan başqa qadınlar mənim bu sözümə güldülər. Mən həmin qadın üçün yeni resept yazdım və dedim: “Orada yazılan dərmanları al və qaynadıb iç, reseptin özünü deyil”.

Xəstələrin hamısı getdilər və axırıncı nəfər Şeyx Axund idi. Uşağını gətirmişdi, onu müayinə etdim və dərman yazdım. Mənə görə dua etməyə başladı. Ondan sonra dedi: “Mən sizə bir şey demək istəyirəm ki, o qadına dediyiniz söz ki, başqa qadınlar ona güldülər – heç də qəşəng deyildi. Həmin qadın o biri qadınların yanında xəcalət çəkdi”.

Mən anidən yuxudan ayılan kimi oldum. Özümə gəldim və başa düşdüm ki, bu zarafatımla özüm sevinmişəm, ancaq qarşı tərəfə necə təsir qoyduğuna diqqət etməmişəm”.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button