İslam əxlaqı

İmam Həsən Əskərinin (ə) kəlamlarından seçmələr (mövludu münasibəti ilə)

Rəbius-sani ayının 8-də (bu il Miladi təqvimi ilə noyabrın 3-ü) müsəlmanların 11-ci imamı Həsən Əskərinin mövlud günüdür. Bu münasibətlə İmamdan nəql olunan bir neçə gözəl hədisi təqdim edirik.

“Yaraşıqlı sifət zahiri gözəllik, iti ağıl isə batini gözəllikdir”.

“Övladın kiçik ikən valideynə hörmətsizlik etməsi böyüyəndə onun üzünə ağ olması ilə nəticələnər”.

“Bu iki xüsusiyyətdən daha üstünü yoxdur: Allaha iman bəsləmək və din qardaşına fayda vermək”.

“Hər kim təharətdə həddi aşsa, sanki təharəti batil etmiş kimidir” (yəni hər kim qüsl və dəstəmazda suyu istaf etsə və ya dəstəmazda iki dəfədən artıq yusa, qüslü və dəstəmazı batil olar).

“Təəccübdən başqa hallarda gülmək cahillik əlamətidir”.

“İnsanlar arasında şirk zülmət gecədə qara parçanın üzərində gəzən qarışqadan daha artıq dərəcədə gizlindir” (yəni insanlar şirkə düçar olduqlarını zülmət gecədə qara parçanın üzərində gəzən qarışqanı görməkdən də çətin sezirlər).

“İnsanların ən pisi ikiüzlü, ikidilli olandır. Üzdə öz din qardaşını tərifləyər, arxada qeybətini danışar. Din qardaşının əlinə nə isə gəlsə, ona paxıllıq edər. Din qardaşı bəlaya düçar olsa, ona xəyanət edib tənha buraxar”.

“İnsanların ən çalışqanı günahlardan uzaq qaçan şəxsdir”.

“Bütün pisliklərin açarı qəzəbdir”.

“Hər kim bu dünyadan kor halda köçsə, axirətdə də kor olar və yolunu azar. Bu, gözlərin korluğu yox, sinələrdəki qəlblərin korluğudur”.

(Hədislər “Biharül-ənvar” və “Tühəfül-üqul” kitablarındandır).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button