İslam suallarda

İmamların özlərinin bilavasitə yazdıqları kitab varmı?

Əvvəla, bunu bilməliyik ki, İslamın ilk əsrlərində kitab yazmaq ənənəsi indikindən fərqli olmuşdur. Yazılan kitablar əsasən hədis toplusundan ibarət olurdu. Hər hansı mövzuda tədqiqat xarakterli əsərlər demək olar ki yazılmırdı. Peyğəmbər və imamlar özləri hədisin mənbəyi idilər, şiə məzhəbinə görə onların buyurduqları Quran ayəsi ilə yanaşı əsas mənbə sayılırdı. Ətrafdakılar onların hədislərini nəql edir, toplayırdılar. Bu mənada imamların özlərinin öz hədislərini toplayıb kitab halına salmalarına ehtiyac yox idi.
İmamların bəzi buyruqları öz səhabələri və ya sonrakı dövrdə yaşamış alimlər tərəfindən kitab halına salınmışdır. İmam Əlinin (ə) xütbə, kəlam və məktublarından ibarət “Nəhcül-bəlağə”, İmam Zeynülabidinin (ə) dualarından ibarət “Səhifətüs-Səccadiyyə” və irihəcmli bir hədisindən ibarət “Hüquq risaləsi”, İmam Cəfər Sadiqin (ə) dilindən yazıya alınmış “Misbahül-hidayə” və səhabəsi Müfəzzələ diqtə etdiyi “Tövhidi-Müfəzzəl” risaləsi, İmam Həsən Əgəriyə (ə) aid edilən natamam Quran təfsiri və s. buna misaldır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button