İslam suallarda

Namazda səhvən iki yox, üç dəfə səcdə edilibsə, nə etmək lazımdır?

Artıq yerinə yetirilən səcdələrin sayından asılı olaraq onun hökmü də fərqlidir.

Əgər insan namazda iki deyil, səhvən üç dəfə səcdəyə getsə, namazı bitirəndən sonra iki səhv səcdəsi etməlidir (səhv səcdəsinin qaydası risalədə ətraflı yazılıb). Əgər iki yox, bir səcdə etsə, bunu növbəti rükətin rükusundan əvvəl anlasa və ya yadına düşsə, gərək qayıdıb bir səcdə etsin, namazı bitirəndən sonra iki səhv səcdəsi yerinə yetirsin. Səcdənin birini unutduğunu növbəti rükətin rükusunda və ya ondan sonra xatırlasa və ya anlasa, namazı qılıb bitirəndən sonra onu qəza etməli və iki səhv səcdəsi yerinə yetirməlidir.

Namazın eyni rükətində iki səcdə namazın rüknü (dayağı) sayılır, rüknü hər hansı səbəb üzündən azaldıb-artırmaq namazı batil edər. Yəni insan namazın hər hansı rükətində səcdələrin ikisini də unutsa və ya eyni rükətin içində dörd dəfə səcdə etsə, bu halda namaz batil sayılar və yenidən qılınmalıdır.

Daha çox göstər
Back to top button