Aktual

Azərbaycanın Tehrandakı səfirliyinə hücum və sonrakı hadisələr: xronologiya

Cümə günü, yanvarın 27-də, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum baş verdi. Nəticədə səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid oldu. Daha iki əməkdaş isə yaralandı. Hücumu təşkil edən İran vətəndaşı səfirliyimizin mühafizə əməkdaşı tərəfindən peşəkarlıqla zərərsizləşdirilərək səfirlikdən çıxarıldı və bununla da terrorçunun nəzərdə tutduğu digər qətl hədəflərinin qarşısı alındı. İran polisi daha sonra terrorçunu həbs etdi.

Artıq insidentdən dərhal sonra dünyanın bir çox dövlətlərindən və beynəlxalq təşkilatlardan (BMT, Avropa Parlamenti, İƏT, İƏT Gənclər Forumu və s) baş verənlərə sərt reaksiya verildi, hadisənin yolverilməz olduğu bildirildi, Azərbaycana başsağlığı verildi.

Öz növbəsində Azərbaycan tərəfi də, prezident İlham Əliyev başda olmaqla, Tehrandakı hadisəni birmənalı olaraq terror aktı kimi dəyərləndirdi, rəsmi Tehrandan hadisənin qərəzsiz və tez bir zamanda araşdırılması, günahkarların cəzalandırılması tələb olundu.

Yanvarın 30-na keçən gecə xüsusi təyyarə Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarını və onların ailə üzvlərini Bakıya gətirdi. Bununla da səfirliyimizin İrandakı fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.

Yanvarın 30-da səfirliyə hücumun qarşısını alarkən dünyasını dəyişmiş Orxan Əsgərob İkinci Fəxri Xiyabanda dəfn olundu.

Azərbaycanda QMİ, İslam dini icma rəhbərləri, digər konfessiyaların rəhbərləri hadisəni pisləyib terror adlandırdı, məsuliyyətin İran dövləti üzərində olduğunu bildirdi.

Hazırda insidentlə bağlı həm, İranda, həm də Azərbaycan DTX-sı tərəfindən araşdırmalar davam edir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button