İslam suallarda

Böyük Azərbaycan şairləri Nizami və Füzuli hər hansı sufi təriqətinə mənsub olmuşlarmı?

Orta əsrlərdə Şərqdə sufi təriqətləri geniş yayılmış və cəmiyyətin əksər təbəqələrini əhatə etmişdi. Şərqin bir çox böyük mütəfəkkirləri müxtəlif sufi təriqətlərinə mənsub olmuş, şair və mütəfəkkirlər bu təriqətlərin ideyalarını öz əsərlərində təbliğ etmişlər. Azərbaycan şairlərindən Nəsimi, Nəbati və b. da sufi ədəbiyyatının böyük nümunələrini yaratmışlar. Lakin təsəvvüf ilə irfan anlayışlarını eyniləşdirmək olmaz. Böyük mütəfəkkirlərin hamısı arif olmuşdur və onların əsərləri başdan-başa irfani fikirlərlə zəngindir. İrfan Allahı, dünyanı, insanın daxili aləmini dini mətnlərin, Quranın, Peyğəmbər və Əhli-beyt hədislərinini işığında tanımaq deməkdir. Təsəvvüf isə bu tanışlıq cəhdlərinin müəyyən qəliblərə, təriqətlərə salınmasıdır. Hər arif sufi deyil və sufi olmaq məcburiyyətində də deyil. Amma hər həqiqi sufi həm də arifdir, irfani dünyagörüşünə sahibdir. Nizami və Füzuli kimi böyük mütəfəkkirlərin hər hansı sufi təriqətinə mənsub olmaları barədə dəqiq məlumat yoxdur, buna görə də onları sufiliyə aid etmək cəhdləri inandırıcı deyil. Bununla yanaşı, Nizami, Füzuli və digər görkəmli qələm sahibləri dərin irfan sahibi olmuşlar, onların əsərləri irfani biliklərlə zəngindir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button