İslam suallarda

Günahkarlar cəhənnəmdə əbədi qalacaqlar yoxsa cəzalarını çəkib cəhənnəmdən çıxa biləcəklər?

Oxucu sual verir

Bu barədə İslam alimləri arasında fikir ayrılığı vardır. Bəzi alimlər Quran ayələrinin təfsirinə və hədislərə əsaslanaraq, cəhənnəm əzabının əbədi olduğunu, ora düşən şəxsin bir daha xilas ola bilməyəcəyini bildirmişlər. Onların fikirncə, cəhənnəm müvəqqəti əzab yeri deyil, müvəqqəti cəza üçün axirətdə cəhənnəmdən fərqli yer (buna bəzən bərzəx də deyilir) nəzərdə tutulacaq. Yəni bağışlanmaz günahkarlar cəhənnəmə salınıb, orada əbədi qalacaqlar. Daha yüngül cəzaya məhkum olunanlar isə cəza müddətini çəkdikdən sonra “təmizlənmiş” halda cənnətə daxil olacaqlar. Digər qrupun ayə və hədislərdən çıxardığı nəticə budur ki, cəhənnəmdə də cəzaların dərəcələri olacaq. Günahkarkar öz əməllərinə uyğun olaraq cəhənnəmdə əzab çəkəcək, axırda oradan xilas olacaqlar. Onların fikrincə, Allah öz bəndələrinə əbədi cəza verəcək qədər zalım deyil. Qeyd etdiyimiz kimi, hər iki mövqe sübut olaraq Quran ayələrinin təfsirinə və İslam müqəddəslərinin hədislərinə, eləcə də, əqli-məntiqi və fəlsəfi dəlillərə əsaslanır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button