İslam suallarda

Sərmayə qoyulmaqla görülən iş zamanı sərmayə yatıran şəxsin hər ay ona müəyyən məbləğ pul verilməsini şərt qoyması doğrudurmu?

İki nəfər arasında müamilənin ən geniş yayılmış növlərindən biri şəriətdə “müzaribə” adlanır. Bu elə bir müamilə növüdür ki, bir nəfər öz pulunu və ya əmlakını sərmayə olaraq bir layihəyə yatırır, digər şəxs isə həmin layihəni icra edir. Bu zaman əldə edilən qazanc sərmayəçi və icraçı arasnda əvvəlcədən təyin edilən razılıq əsasında müəyyən olunur. Qazancı qabaqcadan şərtləşən zaman dəqiq məbləğ təyin etmək düzgün deyil. Məsələn, sərmayəçi şərt qoya bilməz ki, pul yatırdığı iş hər necə getsə də, icraçı ona filan məbləğdə pul verməlidir. Bu cür şərt faiz (sələm) sayılar. Qazanc ümumi mücərrəd məbləğin faizi kimi təyin olunmalıdır. Məsələn, qazancın 50 faizi sərmayəçiyə, 50 faizi də icraçıya çatacaq, yaxud 60 faizi sərmayəçinin, 40 faizi icraçının olacaq. Əgər konkret məbləğin verilməsi haqqında razılıq əldə etmək istəyirlərsə, gərək bu məbləği ümumi hesaba aid etsinlər. Yəni, məsələn, icraçı hər ay sərmayəçiyə 1000 manat pul versin, amma müddətin sonunda hesabı tamamlayanda verilən məbləği nəzərə alsınlar. Əgər sərmayəçiyə çatacaq qazanc ona verilmiş məbləğdən çox olsa, artıq məbləğ ona əlavə edilsin. Əgər sərmayəçi, ona çatacaq məbləğdən çox pul almışsa, gərək müddətin sonunda artıq məbləği icraçıya qaytarsın.

Daha çox göstər
Back to top button