“Məfatihül-cinan” kitabı nədən bəhs edir?
İslam dünyagörüşündə dua mühüm əhəmiyyətə malikdir. Dua möminin silahı, Allahla ünsiyyət vasitəsidir. Mömin şəxs həm yaxşı, həm də çətin günündə duanın köməyi ilə öz Rəbbi ilə əlaqə yaradır, Ona şükr edir və istəklərini Ona çatdırır.
İslam tarixi böyunca bəzi dua kitabları müsəlmanlar tərəfindən çox istifadə edilmiş və oxunmuşdur. Dua kiablarının başında İmam Zeynülabidinə (ə) məxsus duaların toplandığı “Səhifeyi-Səccadiyyə” kitabı gəlir. Sonrakı əsrlərdə böyük İslam alimləri də fərqli dua məcmuələri tərtib etmişlər.
XX əsrin ən böyük hədis alimlərindən sayılan Şeyx Abbas Qumi (vəf. 1941) tərəfindən tərtib edilmiş “Məfatih əl-cinan” kitabı da bunlardan biridir.
Adının hərfi tərcüməsi “cənnətlərin kilidləri” mənasını verən bu kitabda Peyğəmbərdən və məsum imamlardan nəql edilmiş dualar, müstəhəb namazlar, ziyarətnamələr toplanmışdır.
“Məfatih əl-cinan” kitabı müsəlmanlar arasında çox mötəbər sayılır və onların gündəlik müraciət etdikləri mənbələrdən biridir.