İslam suallarda

Sufilikdəki xəlvət anlayışı nə deməkdir?

Sufilikdə xəlvət anlayışı yalnız qalmaq, xarici aləmdən tənhalığa çəkilmək deməkdir. Şeyxin öz müridini müəyyən müddətə xarici dünyadan təcrid olunmuş uzaq və ya qapalı bir məkana zikr və ibadət (meditasiya) üçün göndərməsinə xəlvət deyilir.

Düşüncəni Allahdan savayı hər şeydən təmizləmək xəlvətin əsasıdır. Əgər insanın qəlbi və beyni Allahdan başqası ilə məşğul olsa, 40 il də bu vəziyyətdə qalsa, xəlvət sayılmaz.

Həzrət Mühəmmədin (s) peyğəmbərlikdən qabaq Hira mağarasında tənhalığa çəkilməsi, həzrət Musanın (ə) 40 gün Tur dağında qalması sufilər tərəfindən xəlvət kimi dəyərləndirilir.

Xəlvət təsəvvüfdə mühümdür, lakin tərkidünyalıq da İslamda bəyənilmir. Ona görə sufilər bu iki məsələni birləşdirməyə çalışaraq deyirdilər ki, əsl arif gərək xalq arasında da özünü xəlvətdəki kimi hiss etsin.

Onun cismi (bədəni) insanlarla, ruhu isə Allahla olsun. Təsəvvüf tarixinin ilk mərhələlərində sufilər insan ayağı dəyməyən mağaralarda xəlvətə çəkilərdilər.

Sonralar sufi xanəgahlarında xəlvətxana adlı ayrıca otaqlar yaranmağa başladı. Xəlvət ayininə bəzən çilə (çillə) də deyirlər.

Daha çox göstər
Back to top button