İslam suallarda

Nəyə görə deyirlər ki, qiyamətdə alimin bir günahı bağışlanana kimi cahilin 70 günahı bağışlanar?

Oxucu sual verir

İnsanlar etdikləri günaha görə iki dəstəyə bölünürlər.

Birinci dəstə günahı qəsdən edir, ikinci dəstə isə bilməyərəkdən. Hətta bilməyərəkdən günah edənlər də iki dəstəyə bölünürlər: bir əməlin günah olmasından heç şübhələnməyən şəxslər və əməlin barəsində şübhəsi olan, amma araşdırma aparmayan, günaha davam edən şəxslər. Bu təbəqələrə aid olan adamların günahlarının ağırlıq dərəcələri də fərqlidir. Alim bir əməlin günah olduğunu və hansı cəzaya düçar olacağını dərk etdiyi halda yenə həmin günahı edirsə, əlbəttə ki, Allahın daha ağır qəzəbini qazanacaq.

Cahil (bilməyən) şəxs isə etdiyi əməlin günah olduğunu bilmir, hətta bəzi hallarda bunu normal və yaxşı əməl sayır, buna görə də o, daha az cəza qazanacaq. Hətta eyni bir səhv və ya günahı həm alim, həm də savadsız bir adam etsə, fərqli cür görünər. Alimin kiçik bir nöqsanı da ona böyük eyib sayılar. Buna görə deyirlər ki, qiyamət günündə alimin bir günahı bağışlanana kimi cahilin 70 günahı bağışlanar. Yəni alimin günahının həm sorğu-sualı uzun olar, həm də cəzası ağır olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button