İslam suallardaXəbərlər

Cümə günü günorta vaxtı zöhr namazı qılmaq daha üstündür ya cümə namazı?

Cümə namazı da namaz növlərindən biridir və onun geniş şərtləri vardır; bu şərtlər dini kitablarda ətraflı izah edilir. Din alimlərinin cümə namazının hökmləri barədə bəzi fikirləri fərqlidir. Üstün olan rəyə görə, On ikinci İmamın qeyb dövründə insan zöhr ya cümə namazını qılmaq üçün seçim etməkdə azaddır. Yəni istəsə zöhr namazını qılar, istəsə cümə namazını. Amma qılınan cümə namazı şəriətdə nəzərdə tutulmuş şərtlərə tam cavab verirsə, zöhr namazı əvəzinə cümə namazına qatılmağın fəziləti (üstünlüyü, savabı) daha çoxdur. Əgər şərtlərə cavab verən cümə namazı qılınmışsa, daha zöhr namazını qılmağa ehtiyac yoxdur, bu halda cümə namazı zöhr namazını əvəz edir. On ikinci İmamın zühurundan sonra onun yaxud səlahiyyətli nümayəndəsinin qıldırdığı cümə namazlarına qatılmaq hər kəsə vacib olacaq.

Daha çox göstər
Back to top button