İslam suallardaXəbərlər
Bəzi dini mənbələrdə rast gəlinən “müksirun səhabələr” ifadəsinin mənası nədir?
“Müksirun” sözünün ərəb dilindən tərcüməsi “çoxaldanlar” deməkdir. Dini termin olaraq, Həzrət Mühəmməd Peyğəmbərdən (s) başqa ravilərə nisbətən daha çox hədis rəvayət etmiş bir neçə səhabəyə bu ad verilib. Müksirun təbəqəsinə şərti olaraq, 1000-dən artıq hədis rəvayət etmiş səhabələri aid edirlər. Bunların sayı 7 nəfərdir:
- Əbu Hüreyrə – 5374 hədis rəvayət etmişdir.
- Abdullah ibn Ömər – 2630 hədis rəvayət etmişdir.
- Ənəs ibn Malik – 2286 hədis rəvayət etmişdir.
- Ümmül-möminin Aişə – 2210 hədis rəvayət etmişdir.
- Abdullah ibn Abbas – 1660 hədis rəvayət etmişdir.
- Cabir ibn Abdullah Ənsari – 1540 hədis rəvayət etmişdir.
- Əbu Səid Xüdri – 1170 hədis rəvayət etmişdir.
Bu anlayış və təsnifat əsasən əhli-sünnə yönümlü hədisçşünaslıq elmində qəbul edilir.