Ehtilamın qarşısını almaq üçün nə etmək olar?
Ehtilam ərəb dilində “yuxu” mənasını bildirən “hülm” sözündən qaynaqlanır. Şəhvət oyadan yuxunun təsiri ilə insandan qeyri-ixtiyari şəkildə məni xaric olmasına deyilir. Ehtilam olmuş şəxs də ayıqlıqda olduğu kimi cənabətli sayılır. Namaz qılmaq, oruc tutmaq, Quran yazısına toxunmaq kimi paklıq tələb edən əməlləri yerinə yetirmək üçün mütləq qüsl almalıdır. Ehtilam yetkinlik yaşına çatmağın əlamətlərindən biri hesab olunur.
Ehtilam halına düşməmək üçün yatmazdan əvvəl bu duanı oxumaq tövsiyə edilib: “Allahümmə inni əuzü bikə minəl-ihtilami və min suil-əhlami və ən yətəlaəbə biş-şeytani fil-yəqzəti vəl-mənam”. Tərcüməsi: “Allahım, ehtilamdan, pis yuxudan, ayıqlıq və yuxu halında şeytanın mənimlə oynamasından Sənə sığınıram”. Həmçinin, yatmazdan qabaq Tariq surəsini oxumaq da ehtilamın qarşısını alır.