İslam suallardaXəbərlər

Namazları tez-tez sürətlə qılmaq daha yaxşıdır, yoxsa gec və aramla?

Namaz bəndə ilə Allah arasında ünsiyyət zamanıdır. Təsadüfi deyil ki, hədislərdə namaz möminin meracına (Allahın hüzuruna yüksəlişinə) bənzədilib. Buna görə də namazı hansı sürətlə qılmaq hər kəsin fərdi işidir. Şəriətin tələb etdiyi budur ki, vacib olan namaz əməlləri kamil və tam şəkildə yerinə yetirilsin. Müstəhəb hökmlərə riayət edib-etməmək isə hər kəsin istəyinə bağlıdır. Əlbəttə ki, səmimi qəlbdən namazın müstəhəb hökmlərinə riayət edən adam savab qazanacaq.

Amma bəzi hallarda namazı qısa şəkildə, çox uzatmadan qılmaq məsləhətdir. Məsələn, camaat namazına imamlıq edən şəxs, arzasında namaz qılanların vəziyyətini nəzərə alaraq, namazı çox uzatmamalıdır. Ola bilər ki, ona iqtida edənlərin arasında vacib işi olanlar, namaz üçün qısa müddət möhlət alanlar, xəstələr və qocalar var. Qəza namazlarını da, insanı çox yormasın deyə, qısa qılmaq məsləhətdir.

Bəzi hallarda isə ümumiyyətlə namazın müstəhəb əməllərinə vaxt ayırmaq düzgün deyil. Məsələn, xəstəlik üzündən sidiyini və ya nəcisini saxlaya bilməyən adamlar, namaz vaxtının lap axırında namaz qılanlar gərək yalnlız vacib olan əməlləri yerinə yetirməklə kifayətlənsinlər.

Daha çox göstər
Back to top button