AzərbaycanDünyaXəbərlər

Azərbaycan “Russia Halal Expo 2025” sərgisində təmsil olunur

Azərbaycan məhsulları Kazan şəhərində “Rusiya – İslam dünyası: KazanForum 2025” çərçivəsində keçirilən “Russia Halal Expo 2025” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, ziyarətçilər Azərbaycan şirkətləri tərəfindən istehsal edilən qənnadı məmulatlar, yağlar, qurudulmuş meyvələr və meyvə şirələri, mürəbbələr, mineral sularla tanış olur, onlar üçün dequstasiya sessiyaları keçirilir.

Bununla yanaşı, stenddə AZPROMO tərəfindən ölkəmizdə sahibkarlar üçün yaradılan münbit investisiya iqlimi, biznesin inkişafı perspektivləri, tranzit ticarət imkanları, o cümlədən investorlara təklif olunan güzəştlər haqqında məlumat verilir, bu mövzularda videoçarxlar nümayiş olunur və müxtəlif çap materialları təqdim edilir.

Qeyd edək ki, Azərbaycan stendini Tatarıstanın Rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər ziyarət ediblər.

Daha çox göstər
Back to top button