İslam suallarda

Quranda deyilir ki, Adəmlə Həvva cənnətdən endirilmişlər. Bu endirilmə hansı şəkildə olmuşdur?

Oxucu sual verir

Qurani-Kərimdə Həzrət Adəm (ə) ilə Həvvanın əhvalatından danışılarkən buyurulur: “Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var”,-dedik” (Bəqərə, 36). Ayədəki “hübut”, yəni “eniş” məsələsini bəziləri yuxarıdan aşağıya enmək, atılmaq kimi qəbul etmişlər. Xalq içində gəzən təsəvvürə görə də, Allah-Taala Adəmlə (ə) Həvvanı guya səmada olan cənnətdən qovlayıb yerə atmışdır. Amma əksər təfsir kitablarında bu düşüncə yanlış qəbul edilir. Adəm (ə) və Həvvanın enişi məkan mənasında deyil, mənəvi məqam mənasında baş vermişdir. Yəni onlar cənnətdə malik olduqları məqamdan məhrum olmuşlar. Əslində onların cənnəti də yerdən kənar deyil, yer üzərində olmuşdur. Yəni o cənnət (hərfi mənada bağça) qiyamətdən sonra möminlərin yerləşdiriləcəyi behişt deyildi. Yaxşı insanlar öz əməllərinə görə qiyamətdə behişti qazanacaqlar, bütün bəşəriyyətin əvvəldən behiştdə yaşaması mümkün deyil. Bəşəriyyət məhz yer üzərində yaşamaq üçün yaradılmışdı.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button