İslam dünyasıXəbərlər

Müsəlmanlar – dünyanın ən sürətlə artan əhalisi

“Pew Research” Araşdırma Mərkəzinin hesabatı göstərir ki, dünyada müsəlman əhalinin sayı 2010-cu ildən 2020-ci ilədək olan dövr ərzində 347 milyon nəfər artıb ki, bu da İslam dinini ardıcıllarını dünyanın ən sürətlə artan dini qrupu edir.

2 700 mənbənin təhlillərinin əsasında hazırlanmış məruzədə 10-illik dövr ərzində dünya əhalisinin dini seçimləri nəzərdən keçirilir. Həmin mənbələrə əhali siyahıyaalmaları, rəsmi qeydlər və sosial sorğular da daxildir.

Araşdırmaya əsasən, müsəlman əhalinin artımı əsasən təbii artımla izah edilir – müsəlman cəmiyyətlərindəki yüksək doğum səviyyəsi ilə. Xristian əhalinin bu dövr ərzindəki artımı isə 122 milyon nəfər təşkil edib, lakin xristianların dünya miqyasındakı payı azalıb.

Əgər 2010-cu ildə müsəlmanlar dünya əhalisinin 23,9%-ni təşkil edirdilərsə, 2029-ci ildə bu göstərici 25,6 faizə çatıb. Xristianların göstəricisi isə bu müddət ərzində 30,6%-dən 28,8%-ə düşüb. Xristianlarının sayının azalması ilk növbətə Avropada və Şimali Amerikada müşahidə edilməkdədir ki, bu da qeyri-dindar əhalinin artımı və insanların xristianlıq dinindən üz döndərməsi ilə bağlıdır.

Müsəlman əhalisi əsasən Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə və Şimali Afrikada yaşayır.

Ən yüksək müsəlman əhalisi artımı Şimali Amerikada qeydə alınıb – 52,3%. Saharadan cənubdakı Afrika ölkələrində müsəlmanların sayı 33,8%, Yaxın Şərqdə və Şimali Afrikada isə 23,9% artıb.

Eyni zamanda, xristian əhalisinin Şimali Amerikada 10,8%, Avropada 8,8% azalıb, Afrika Saharadan cənubdakı Afrika ölkələrində isə 31,2% artıb.

Özünü heç bir dinə aid etməyənlər isə 24,2%-dir.

Bundan başqa, dünyadakı buddistlərin sayı 19 milyon azalıb. Yəhudilərin sayı isə 10 il ərzində 6% artaraq 15 milyon nəfərə çatıb.

Xatırladaq ki, adıçəkilən mərkəzin hələ 2017-ci ildəki hesabatında vurğulanırdı ki, İslam dini dünyanın ən sürətlə artan dinidir və 2075-ci il üçün o, dünyanın ən çox ardıcılı olan dini ola bilər.

Daha çox göstər
Back to top button