DünyaXəbərlər

Roma Papası dünyada sülh üçün çağırış edib

Gəlin, Yaxın Şərqdə, Ukraynada və bütün dünyada sülh üçün dua edək.

Bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı deyib.

Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insan qarşısında çıxışında Papa Leo beynəlxalq ictimaiyyətdən döyüşlərin dayanması, mülki insanların qorunması, sülh naminə dialoqa başlanması və ciddi humanitar böhrandan zərər çəkmiş əhaliyə zəruri yardımların göstərilməsi üçün səyləri əsirgəməməyi xahiş edib. Bildirib ki, dünyada davamlı sülhün təmin olunması yollarına böyük ehtiyac var.

Roma Papası, həmçinin Myanmada sülh üçün inklüziv dialoqa çağırıb, Nigeriyada zorakılıq qurbanları və Sudanda partlayış nəticəsində öldürülən kilsə keşişi ilə bağlı başsağlığı verib.

Daha çox göstər
Back to top button