İslam suallarda

İnsan bir evdə qonaq qalırsa və ya müvəqqəti yaşayırsa, namaz qılmaq üçün ev sahibindən icazə almalıdırmı?

Oxucu sual verir

Namazın düzgün olmasının əsas şərtlərindən biri də namaz qılınan məkanın halal olmasıdır. Yəni namaz qılınan məkan qəsbi (başqasından zorla alınmış) olmamalı və orada namaz qılmağa icazə verilməlidir. İnsan başqasının evində qonaq qalırsa, namaz qılan zaman ondan icazə almalıdır (əgər namaz qılmasına icazə verməsinə şübhə edərsə). Əlbəttə, əgər həmin evdə namaz qılmasına ev sahibinin icazə verdiyinə əmindirsə, bu məsələni onunla müzakirə etməyə lüzum yoxdur. Əgər ev sahibi, onun evində namaz qılınmasına icazə verməsə, insan başqa bir halal məkan tapıb ibadətini yerinə yetirməlidir.
Əgər insan bir evdə kirayənişin kimi yaşayırsa və ev sahibi evdən hər cür istifadə etməsi üçün ona icazə veribsə, namaz qılmaq məsələsini şərt qoymayıbsa, bu barədə icazə almağa ehtiyac yoxdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button