11-14 oktyabr tarixlərində Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsi keçiriləcək.
Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Layihənin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.
“Mənəvi dəyərlər” həftəsi çərçivəsində Zəngilan, Laçın, Şuşa, Xankəndi və Ağdamda dini-tarixi abidələr ziyarət ediləcək, Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçiriləcək. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcək, Qarabağ Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin mühazirələri dinləniləcək.
