İslam dünyasıXəbərlər
Banqladeşdə bir ildə 256 məcsid inşa edilib

Banqladeşdə son bir il ərzində inşa edilən məscidlərin sayı açıqlanıb.
Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, 2024-cü ilin iyul ayından 2025-ci ilin iyul ayınadək 256 məscid tikilib.
Ümumiyyətlə isə, son 5 ildə ölkədə 600-dən çox müsəlman ibadətgahı istifadəyə verilib.
Xatırladaq ki, müsəlman ölkəsi olan Banqladeşdə 170 milyondan çox insan yaşayır.






