Məkkə şəhərində genişmiqyaslı rekonstruksiya işləri start götürüb.
Az.shafaqna.com xəbər verir ki, bu layihə çərçivəsində görülən işlər nəticəsində Kəbənin yerləşdiyi Məscidül-Həram məscidinin ərazisi də nəzərəçarpacaq dərəcədək genişlənəcək.
Bundan sonra ziyarətgah kompleksi əlavə 900 min zəvvar da qəbul edə biləcək.
Həmçinin şəhərdə zəvvarlar üçün əlavə infrastrukturlar da yaradılacaq.
Layihədə Məkkənin tarixi irsinə də xüsusi diqqət ayrılıb. Belə ki, təxminən 20 min kvardrat metrlik qədimi binalar da bərpa ediləcək.
Xatırladaq ki, Məscidül-Həram dünyanın ən böyük məscididir. Hazırda onun ərazisində eyni anda təxminən 2,5 milyon ziyarətçi ibadət edə bilər.
