“Azərbaycanın İslam dövrü qəbiristanlıqları: tarixi-arxeoloji və mədəni irs perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə oktyabrın 28-də “Azərbaycanın İslam dövrü qəbiristanlıqları: tarixi-arxeoloji və mədəni irs perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq, diqqəti müzakirə edilən mövzunun aktuallığına cəlb edib. Rektorun bildirdiyinə görə, Azərbaycan xalqının tarixi mənəvi və maddi irsinin tutarlı bir hissəsini İslam dövrü abidələri özündə daşıyır. SSRİ dövründə müəyyən ideoloji doqmalardan irəli gələrək, diqqətdən kənarda qalan milli-dini dəyərlərimizdən biri də məhz qəbir abidələrimiz idi. Dosent Aqil Şirinov qeyd edib ki, son iki yüz il ərzində erməni millətçiləri ərazi iddialarını məhz Qarabağ və Qərbi Azərbaycan ərazisindəki azərbaycanlılara məxsus abidələrin məhv edilməsi və saxtakarlıqla “erməniləşdirilməsi” ilə əsaslandırmağa çalışmışlar. “Buna görə belə məsələlərdə diqqətli olmaq lazımdır. Mədəniyyət Nazirliyinin və AMEA Arxeologiya və Antropologiya İnstitutu alimlərinin bu məsələləri aşkara çıxarmaqda böyük rolu var”.

Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, memarlıq üzrə elmlər doktoru, professor Səbinə Hacıyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdirləri, t.f.d., dosent Xaqani Alməmmədov və tarix elmləri doktoru, professor Qafar Cəbiyev, İnstitutun aparıcı elmi işçisiləri t.f.d., dosent, Şamil Nəcəfov, Tarix Dostiyev və Fariz Xəlilli, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov, İnstitutun müəllimi, t.f.d., dosent Rəşad Mustafa və b. iştirak ediblər.

Exit mobile version