Suriyadakı İmam Əli məscidində partlayış nəticəsində ölənlərin sayı beşə çatıb

Suriyada İmam Əli şiə məscidində baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb, 21 nəfər yaralanıb.

Bu barədə “Report” “SANA”ya istinadən xəbər verir.

“Əl-Ərəbiyyə”nin məlumatına görə, Homs şəhərinin rəsmiləri partlayışın məscidin içərisinə yerləşdirilmiş xüsusi hazırlanmış partlayıcı qurğu səbəbindən baş verdiyini təsdiqləyib.

Cinayətin motivləri və partlayışı törədən şəxslərin adları hələlik müəyyən edilməyib.

Exit mobile version