Bu ölkədə zina qadağan edildi

İndoneziyada 2026-cı ilin yanvar ayından yeni Cinayət Məcəlləsi qüvvəyə minib.

Az.shafaqna.com xəbər verir ki, yeni məcəllədə zina – nikahdan kənar cinsi münasibət qadağan edilir.

Hələ 2022-ci ilin dekabrında parlament tərəfindən təsdiq edilmiş qanun yalnız ölkə sakinlərinə deyil, həm də ölkəyə gələn xarici turistlərə də şamil edilir.

Bu cür qeyri-qanuni cinsi yaxınlıqda ittiham edilən şəxsin təqsiri isbat edildikdə, o, bir ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Həmçinin dini küfr məsələsinə görə də cinayət məsuliyyəti tətbiq edilir.

Exit mobile version