İslam dünyasıXəbərlər

Müsəlman ölkəsinin prezidentinə qarşı sui-qəsdin qarşısı alındı

Burkina Fasoda ölkə rəhbərliyinə qarşı sui-qəsd planının qarşısı alınıb. Planın hədəfləri arasında prezident İbrahim Traore də olub.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri Mahamadu Sana açıqlama verib.

Nazirin sözlərinə görə, sui-qəsdçilər mülki və hərbi vəzifəli şəxslərə qarşı ardıcıl, məqsədli qətllər törətməklə ölkədə xaos yaratmağı planlaşdırıblar. Bu planın əsas mərhələsi isə dövlət başçısı Traorenin zərərsizləşdirilməsi olub.

O bildirib ki, əməliyyatın 3 yanvar 2026-cı il tarixində yerli vaxtla saat 23:00-da başlaması nəzərdə tutulurdu. Planlara əsasən, prezidentə yaxın məsafədən sui-qəsd edilməli və ya onun iqamətgahı pilotsuz uçuş aparatları ilə hədəfə alınmalı idi. Bundan sonra isə xarici qüvvələrin quru müdaxiləsinin baş verəcəyi gözlənilirdi.

Daha çox göstər
Back to top button