İslam dünyasıXəbərlər

Nuakşotda İƏT Parlament İttifaqının İcraiyyə Komitəsinin 55-ci iclası keçiriləcək

Fevralın 3-də Mavritaniyanın paytaxtı Nuakşotda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin (İƏT Pİ) 55-ci iclası öz işinə başlayacaq.

Üzv dövlətlərin parlament nümayəndələrinin iştirak edəcəyi iclasda ölkəmizi Milli Məclisin deputatı Ceyhun Məmmədov təmsil edəcək.

Qeyd edək ki, İƏT Pİ 1999-cu il iyunun 17-də təsis edilib. Daimi qərargahı Tehran şəhərində yerləşən təşkilatın 54 üzvü var.

Daha çox göstər
Back to top button