Spirtli içki satılan dükandan nə isə almaq və spirtli içki satılan mağazada işləmək icazəlidirmi?
Oxucu sual verir
Dinimizə görə, bilavasitə haram işlərlə məşğul olmaq və bundan pul qazanmaq, bundan pul qazanan şəxsə yardım etmək günahdır. Spirtli içkinin istehsalı və satışı da haram iş sayılır. Bu haram işə hər hamsı yolla yardım etmək ona şərik olmaq kimidir. Ona görə də, yalnız spirtli içki satılan mağazada (bu sahədə ixtisaslaşmış dükanda) işləmək günahdır, oradan alınan maaş da haram pul sayılır. Amma bir mağazada həm spirtli içki, həm də başqa məhsullar satılırsa, orada işləmək icazəlidir (spirtli içki satılan şöbədən başqa). Eləcə də, bu cür qarışıq mallar satılan mağazada alver etmək, yəni oradan içkidən başqa nə isə almaq günah deyil. Çünki bu kimi hallarda verilən və ya alınan pulun birbaşa harama aid olması dəqiq deyil. İşçiyə verilən maaş və ya alış zamanı ödənilən pul birbaşa spirtli içkiyə aid deyil, mağazada satılan digər mallara da aiddir.