İslamabadda məsciddə terror aktı nəticəsində ən azı 31 nəfər ölüb

İslamabadda məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə DAWN məlumat yayıb.

Partlayış Tarlay rayonundakı “Xədicə əl-Kübra” məscidində baş verib.

Pakistanın Baş naziri Şəhbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib və baş verənləri terror aktı adlandırıb.

Exit mobile version