İslam suallarda

Niyə ayaq üstə yeyib-içmək bəyənilməz sayılır?

Oxucu sual verir

Şəriətimizdə yeyib-içməyin də müəyyən hökmləri vardır. Bu hökmlərin bəziləri vacib, bəziləri haram, bəziləri müstəhəb (bəyənilən), bəziləri də məkruhdur. Məkruh (bəyənilməz) hallardan biri də oturmadan, ayaq üstə yeyib-içməkdir. Bunun həm sırf tibbi-bioloji, həm də sosial-ictimai səbəbləri vardır.

Əvvəla, tibb də sübut edir ki, ayaq üstə yeyib-içmək sağlamlığa ziyandır. Çünki bu zaman su qida borusu ilə təzyiqlə axaraq mədənin aşağı divarlarını sıxır. Nəticədə, bu cür su qəbulu davamlı şəkildə baş verərsə, müxtəlif xəstəliklərin yaranmasına gətrib-çıxara bilər. Bu barədə tibbi mənbələrdə ətraflı məlumat verilib.

Ayaq üstə yeyib-içmək adətən tez və tələsik baş verdiyi üçün həzm prosesi tələb olunan şəkildə getmir.

Həmçinin, bu əməl insanı ətrafdakıların gözündə qeyri-ciddi göstərir və onun əzəmətini, vüqarını əskildir. Xüsusilə, cəmiyyət içində mövqeyi və hörməti olan şəxslər buna diqqətlə yanaşmalıdırlar. Elə buna görə Nəsirəddin Tusi peyğəmbərlərə yaraşmayan sifətlərin sırasında yol üstə (yəni yeriyərək) yeməyi də qeyd etmişdir.

Hədislərdə bazar içində yemək yeyənlər xüsusi məzəmmət olunur. Yuxarıdakılardan əlavə, bunun daha bir səbəbi bu ola bilər ki, adətən bazarlarda sanitariya və təmizlik qaydalarına riayət etmək çətinldir. Natəmiz şəraitdə qida qəbul etmək müxtəlif fəsadlara yol aça bilər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button