Şiə əqidəsinə görə Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslindən olan, on birinci imam Həsən Əskərinin (ə) oğlu Həzrət Mehdi (ə) 1150 ildən artıqdır ki, qeybə çəkilib, dünyanın sonuna yaxın zühur edəcək, yer üzünü ədalət və düzgünlüklə dolduracaq. O Həzrətin adı barədə hədislərdə buyurulub ki, Həzrət Mühəmməd Peyğəmbərlə (s) eyni adı və künyəni daşıyır. Bununla belə, zühur zamanına kimi ümumi məclislərdə onun adının çəkilməsinin icazəli olub-olmaması barədə fikirlər fərqlidir. Əksər alimlər zühur zamanına kimi Həzrətin adını və künyəsini açıq şəkildə dilə gətirməyin qadağan olduğu əqidəsindədirlər. Hətta bəzi kitablarda o Həzrətin adı yalnız hərflərini göstərməklə (M-h-m-d) şəklində ifadə edilib. Bəzi alimlər (Xacə Nəsirəddin Tusi, Şeyx Bəhai kimi) isə bu qadağanın böyük qeybət dövründə qüvvədən düşdüyünü, hazırda o Həzrətin adını çəkməyin icazəli olduğunu söyləyiblər. Bununla belə, qeyd etdiyimiz kimi, əksəriyyət əks mövqenin (qadağan fikrinin) tərəfdarıdır.
On ikinci imamın adının çəkilməsi şiə məzhəbində qadağandırmı?
