Şəriətimizə görə, bəzi qida növlərinin yeyilməsi haram, özü də murdar sayılır. Məsələn, alkoqollu içki, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş heyvanın əti. Bu maddələr dəydiyi yeri də murdar edir. O cümlədən, insan bu qidaları qəbul etdikdən sonra ağzı həmin qidalara bulaşmış sayılır. Onun ağzında həmin qidanın qalıqları varsa, ağzına və ağzının dəydiyi əşyalara toxunmaq olmaz. Əgər toxunularsa, həmin əşya da pak edilməlidir. Amma haram qidanı qəbul etdikdən bir müddət sonra əgər şəxsin ağzında qidanın qalıqları qalmayıbsa, təbii ağız suyunun təsiri ilə onun ağzı paklanmış sayılacaq. Artıq bu zaman onun ağzının dəydiyi yerlər də murdar sayılmayacaq.
Bir şəxs şəriətdə haram buyurulan yemək və içki qəbul edibsə, onun ağzı dəyən yer də murdar sayılır?
