İslam suallarda

Dəstəmaz aldıqdan sonra qurulanmağın bəyənilməz olduğunu yazırlar. Bunu necə başa düşmək lazımdır?

Oxucu sual verir

Həqiqətən, bəzi hədislərdə dəstəmaz aldıqdan sonra üzü və qolları qurulamağın bəyənilməz olduğu deyilir, şəriət kitablarında da bu qeyd edilib. Əvvəla, bu, günah deyil, bəyənilməzdir, yəni dəstəmazdan sonra qurulanmağın savabı yoxdur və ya azdır. İkincisi, dəstəmaz aldıqdan sonra isti havada sifətdəki və qollardakı rütubət tez quruyur. Əgər dəstəmaz açıq havada alınırsa, bəzən qurulanmağa ehtiyac da qalmır. Namazdan əvvəl müəyyən duaların oxunması da müstəhəb sayılır. Əgər namaz qılan şəxs bu duaları oxusa, bədənindəki rütubət quruyacaq. Nəhayət, əgər dəstəmazdan sonra rütubət qurumursa, yaxud soyuq hava və digər səbəblər üzündən qurulanmağa ehtiyac varsa, dəsmalla qurulanmağın heç bir maneəsi yoxdur. Sadəcə, bundan ötrü ayrıca bir dəsmal ayrılsa, daha yaxşı olar. Yəni dəstəmaz aldıqdan sonra bundan ötrü ayrılmış bir dəsmalla qurulanmaq olar, bu halda məkruhluq, yəni bəyənilməzlik də aradan gedər. Dəstəmazın rütubətini bundan ötrü ayrılmış dəsmalla qurutmaq məkruh deyil.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button