İslam suallarda

İslam tarixində “Allahın aslanı” ləqəbi ilə tanınan şəxs kim olmuşdur?

Oxucu sual verir

İslam tarixində “Əsədullah”, yəni “Allahın aslanı” ləqəbinin hansı səhabəyə aid olması barədə bəzi fikir ayrılıqları vardır. Daha çox əhli-sünnə mənbələrində qeyd edilir ki, bu ləqəb Həzrət Peyğəmbərin (s) əmisi, İslamı ilk qəbul edənlərdən olan Həmzəyə aiddir. Bununla belə, bəzi şiə mənbələrində də bu cür xəbərlərə rast gəlirik (məsələn, şiə mənbələrində Həzrət Həmzənin ziyartnaməsində ona “əsədullah” deyə salam verilir). Əksər şiə mənbələrinə və eləcə də, bir çox əhli-sünnə kitablarına görə isə, “Əsədullah” ləqəbi möminlərin əmiri İmam Əli ibn Əbutalibə (ə) məxsusdur. Şiə məzhəbində İmam Əli (ə) “Əsədullahül-qalib”, yəni Allahın həmişə qələbə çalan aslanı adlandırılır. Bu ləqəb klassik ədəbiyyatımızda “şiri-Xuda” şəklində də işlədilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button