İslam suallarda

Dini-əxlaqi məzmunlu sözləri olan, amma musiqisi əyləncə məclislərinə xas olan mahnıları dinləmək icazəlidirmi?

Oxucu sual verir

Şəriətə görə, eyş-işrət və əyləncə məclislərinə xas olan musiqi və mahnıları ifa etmək, onları yaymaq, dinləmək haramdır. Bu işlər günah sayılır. Musiqinin haram olması üçün onun istər sözlərinin, istərsə də ahənginin eyş-işrət məclislərinə xas, mənəviyyatdan uzaq və ya boş, mənasız olması kifayətdir. Yəni əgər hətta mahnının sözləri dini-əxlaqi olub, amma musiqisi əyləncə məclislərinə xas olsa, haram hesab edilir. Əksinə, əgər musiqisi insana mənəvi aramlıq gətirsə, amma sözləri əxlaqa və mənəviyyata zidd olsa, yenə bu mahnı haramdır. Təəssüf ki, son zamanlar dini məzmunlu nəğmələri, müqəddəsləri vəsf edən mahnıları oynaq ritmlərlə oxumaq dəb halını alıb. Bəzi dindarlar da səhlənkarlıq üzündən bu cür musiqiləri dinləyir və hətta alqışlayırlar. Bu kimi hallar müsəlmana yaraşmaz və bundan uzaq durmaq lazımdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button