Namazda təsbihati-ərbəəni neçə dəfə söyləmək lazımdır?

Şəriət qaydalarına görə, insan üç rükətli və dörd rükətli namazların üçüncü və dördüncü rükətlərində ya təkcə Fatihə surəsini (ardınca başqa surə oxumadan), ya da təsbihati-ərbəəni oxumalıdır. Təsbihati-ərbəə adından da göründüyü kimi, dörd zikrdən ibarətdir: “Sübhan Allahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər”. Üçüncü və dördüncü rükətlərdə Fatihə yoxsa təsbihati-ərbəə oxumaq insanın öz seçiminə bağlıdır, amma ikincisinin savabı daha çoxdur.

Təsbihati-ərbəəni ən azı bir dəfə oxumaq lazımdır, xüsusilə, insan tələsdiyi, namaz vaxtının qısaldığı zaman bunu etmək məsləhətdir. Üç və ya daha çox, tək sayda söyləməyin savabı artıqdır. Keçmiş müctəhidlərin bir qismi təsbihatı ən azı üç dəfə təkrar etməyi vacib bilirdilər. Amma hazırki müctəhidlər bir dəfə söyləməyi kifayət sayırlar, daha artıq sayda söyləməyin savabı çox olduğunu bildirirlər. Yəni namaz qılan təsbihati-ərbəəni bir dəfə deyə bilər, üç, beş, yeddi dəfə söyləsə, çox savab qazanar.

Exit mobile version