Dəstəmaza başlayanda hansı əməlləri etmək savab sayılır?

Dəstəmazın vacib əməllərinə başlamazdan əvvəl bəzi əməlləri etmək müstəhəb (bəyənilən) sayılır. Bunlara əsasən aşağıdakılar aiddir:

Dəstəmazdan əvvəl “bismillah” söyləmək,

dişləri fırçalamaq,

ağzı üç dəfə yaxalamaq,

buruna üç dəfə su almaq,

biləkdən aşağı əlləri yumaq və s.

Başlanqıcda əlləri yumaq dəstəmazdan sayılmır, yəni dəstəmaz alan zaman da sifəti yuyandan sonra dirsəkdən (dirsək də daxil olmaqla) barmaqların ucuna kimi əllər yuyulmalıdır. Əvvəldə müstəhəb niyyətlə əlləri yumuşam deyə, dəstəmazda əlləri biləyə kimi yumaq olmaz, barmaqların ucuna kimi yuyulmalıdır.

Dəstəmaz alan zaman bunun dualarını da oxumaq müstəhəbdir. Həmin dualar şəriət kitablarında (risalədə) verilib.

Exit mobile version