Övladın da öz valideyninin öhdəsində haqqı varmı?

Bəzən yanlış olaraq yalnız valideynin övlad boynunda haqqı olduğunu düşünürlər. Doğrudur, valideynin övlad boynundakı haqqı böyükdür, hətta Quranda valideynə “uf” demək də məzəmmət edilib. Bununla belə, ailədaxili hüquq və vəzifələr qarşılıqlıdır. Övladın da öz ata-anasının öhdəsində haqqı vardır və ata-ana bu haqqa riayət etmirsə, günah qazanır, Allah qarşısında da cavabdehlik daşıyır.

Övladın valideyn üzərindəki haqlarına bunlar daxildir: ona yaxşı, bəyənilən ad versin, gözəl tərbiyə versin, onu oxutdursun, həddi-büluğa çatanda onu ərə versin (evləndirsin), onu haqsız yerə incitməsin, döyüb-söyməsin, dolanışığı onun öhdəsindədirsə, ona sosial statusuna uyğun şəkildə həyat şəraiti qursun, yemək-içməyini, geyimini, zəruri xərclərini qarşılasın, uşağın anasını incitməsin, hətta anası uşağa süd verə bilmirsə yaxud bunu istəmirsə, onun üçün muzdla süd anası tutsun və s. Bu hüquq və vəzifələr şəriət və əxlaq kitablarında ətraflı şəkildə izah edilib.

Exit mobile version