Şəriətimiz paklığı təbliğ edir və müsəlmanlardan da paklıği qorumağı tələb edir. Nəcasətin dəydiyi yer pak edilməlidir, əks halda həmin yer rütubətli halda təmasda olduğu əşyaları da murdarlayacaq.
Amma ağac və bitkilərlə bağlı məsələ fərqlidir. Dibinə çirkab su axıdılan, yaxud nəcasətli yerdə bitən ağacın gövdəsi, budaqları, yarpaqları və meyvələri pak sayılır. Çünki torpaq hər cür nəcasəti süzüb pak etmək qabiliyyətinə sahibdir. Torpaq nəcasəti təmizləyərək yalnız faydalı mineralları və təmiz rütubəti ağacın köklərinə ötürür. Ona görə də bu cür yerlərdə bitmiş ağacın meyvələrindən yeməyin heç bir maneçiliyi yoxdur.
