Qızıl və ya gümüş qabları almaq və evdə saxlamaq olarmı?

İslam şəriətinə görə, qızıldan və gümüşdən haırlanmış qablarda yeyib-içmək günah sayılır. Bəzi tədqiqatçılar bunun səbəbini qızıl və gümüş örtüyün qidaya qarışaraq insan orqanizminə zərər verməsi ilə, bəziləri də bunun dəbdəbə və artıq sərvət sayılması ilə əlaqələndirirlər. Hər halda, bu qablarda yeyib-içmək, eləcə də onlardan dəstəmaz, qüsl, paklamaq üçün istifadə etmək icazəli deyil. Bu qabları bəzək məqsədi il alıb evdə saxlamaq, şkafda ev əşyası kimi nümayiş etdirmək öz-özlüyündə icazəli deyildir. Amma din alimləri bu işdən də imkan daxilində çəkinməyi məsləhət görürlər. Üzərində qızıl və ya gümüş suyu ilə işləmələr olan qablardan, eləcə də başqa metallarla qarışıq şəkildə tərkibində az miqdarda  qızıl və gümüş olan qablardan yeyib-içmək üçün istifadə etmək icazəli sayılır.

Exit mobile version